main-post-cover

    Facebook Live üçün maraqlı yenilik

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook Live-a gələn yeni əyləncəli xüsusiyyət.

    Facebook Live istifadəçiləri maraqlı yeniliklə tanış ola bilərlər. Belə ki, şirkət yeni əlavə etdiyi xüsusiyyət sayəsində Facebook Live-da "maska taxma” seçimini edəcək. Bu yenilik də Snapchat-da yer alan filtrlərlə çox oxşarlıq təşkil edir. Yenilik qısa zaman üçün Halloween bayramı üçün nəzərdə tutulub. Belə ki, istifadəçilər canlı yayım etməyə başladıqdan sonra öz seçdikləri özəl maska filtrləri ilə izləyicilərinin qarşısına çıxa biləcək.
    Facebook mart ayında Snapchatda olduğu kimi video və fotolara animasiyalar əlavə edən MSQRD tətbiqini təqdim edən Masquerade startupını almışdı. İyul ayında da istifadəçilərə MSQRD köməyilə Facebook Live istifadə etmələrinə icazə verildi. Artıq Facebook öz tətbiqi içərisində yerləşdirdiyi filtrlər ilə daha çox diqqət çəkməyə başlayıb. Xüsusilə canlı yayım edərkən üzünü göstərmək istəməyən şəxslər bu yenilikdən rahat şəkildə istifadə edə biləcəklər.
     
    Bundan əlavə Halloween bayramı mövzularını əhatə edən reaksiya düymələri ilə işi daha əyləncəli hala gətirmək mümkün olacaq. Məsələn, cadugar kimi gülə bilər, kabus kimi üz ifadənizdə təəccüb yarada bilərsiniz və s. Bu yenilik hələ ki, sadəcə ABŞ, İngiltərə, Yeni Zellandiyadakı iOS istifadəçilərinə təqdim olunacaq. Amma yaxın zamanda digər ölkələrdə də istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər