main-post-cover

    Facebook Mark Zuckerberg-in ölüm xəbərini yaydı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Facebook sosial şəbəkəsi səhv ucbatından real həyatda sağ olan istifadəçiləri səhifələrində ölmüş kimi qeyd edib.

    Məlumata əsasən sosial şəbəkənin alqoritmləri hətta şirkətin təsisçisi Mark Zuckerberg-i də vəfat etmiş kimi qeydə alıb. Belə ki, Markın səhifəsi əbədiləşdirilərək növbəti cümlələr ilə təqdim olunmuşdu. "Biz ümid edirik ki, Markı sevən insanlar onun həyatını yada salıb yaşadacaqlarından təsəlli tapacaqlar” ("We hope people who love Mark will find comfort in the things others share to remember and celebrate his life”). Daha sonra Facebook, baş vermiş nasazlığı arada qaldırdığını bildirib. "Çox qısa bir zaman ərzində səhifələrin ölümdən sonra yaşadılması barəsindəki ismarıclar səhvən digər səhifələrə aid ediliblər. Bu qorxunc səhv artıq aradan qaldırılıb. Biz təəssüflənirik ki, bu cür hadisə baş verib və bunun aradan qaldırılması üçün mümkün qədər tez çalışmağa çalışdıq” – deyə şirkət bildirib.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər