main-post-cover

    Facebook Messenger-ə, ismarıclara reaksiya bildirmək funksiyası və daha bir yenilik əlavə olundu

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "Facebook” öz Messenger-ni yenilədi.

    Yenilənmiş Messenger-də, ismarıclara reaksiya və istifadəçilərin yada salınması funksiyası əlavə edilib. Sözügedən funksiyalar yaxın günlərdə həm Android, həmdə iOS istifadəçiləri üçün aktiv olacaq. Hər-hansı bir ismarıca reaksiya əlavə etmək üçün həmin ismarıca toxunub gözləmək lazım olacaq. Beləliklə təqdim olunacaq emosiyalardan birini seçərək digər şəxsin, sizə göndərdiyi ismarıca reaksiya bildirmək mümkün olacaq. Bununla yanaşı ismarıcı sizə göndərmiş şəxs, sizin həmin ismarıca necə reaksiya bildirdiyinizi görəcək. İstifadəçi üçün 7 reaksiya növü aktiv olacaq. Bəyənmə, gülməli, təəccüb, kədərli, hirsli, yaxşı, pis. Bundan əlavə olaraq Messenger-ə, istifadəçilərin, @ simvolu vasitəsilə yada salınması funksiyası da əlavə olunub. Beləliklə çatda bu simvol vasitəsilə yada salınmış istifadəçi bildiriş alacaq. Həmin bildiriş əsasında o biləcək ki, çatdakı söhbət ona aiddir və ya kimsə onun cavabını gözləyir.
    Linki kopyala