Facebook Messenger-ə yeni funksiya əlavə edildi!

1160

"Facebook", Messengeri sadə bir mesajlaşma tətbiqindən kənara çıxaran xüsusiyyətlər ilə yeniləməyə davam edir.

Sosial medianın iki nəhəngi "Facebook” və "Twitter” sıx-sıx bir-birlərindən bir şeylər oğurlayırlar. Hətta bu vəziyyət iki nəhəngin sahib olduqları (Periscope, Instagram, Vine, Messenger kimi) digər tətbiqlərdə də qarşımıza çıxır.

"Twitter” bir müddət əvvəl "Facebook”da çox yayılan anket xüsusiyyətini istifadəyə vermiş və bu xüsusiyyət "Twitter”də ciddi formada istifadə edilməyə başlanılmışdı. Yəni bir növ "Twitter”in bu həmləsi olduqca yerində və uğurlu idi. Elə bu vəziyyətə bir qarşılıq vermək istəyən "Facebook”, Messenger-ə bu dəfə anket xüsusiyyətini gətirdi.

Qrup söhbətlərdə istifadə edilə bilən xüsusiyyət, təxmin edə biləcəyiniz kimi son dərəcə sadə bir formada istifadə edilir.

Xüsusiyyət hazırda sadəcə Amerikada istifadəyə verilmiş vəziyyətdədir. Qısa müddətdə ölkəmiz üçün də istifadəyə veriləcəkdir.