main-post-cover

    Facebook Messenger-ə yeni oyun platforması əlavə olundu (VİDEO)

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "Facebook”, Messenger-ə yeni oyun platforması Instant Games-i əlavə edib.

    Yeni oyun platformasında istifadəçilər, HTML5 vasitəsilə oyunları mobil tətbiqin özündə və sosial şəbəkənin veb versiyasında işə sala bilərlər. Məlumata əsasən oyunları smartfona yazmağa ehtiyac yoxdur. Oyunu oynamaq üçün hansısa dostunuzla söhbət etdiyiniz ismarıc bölməsinə daxil olaraq Instant Games düyməsinə klikləməyiniz kifayətdir. Bu zaman təqdim olunacaq oyunlardan birini oynamaq mümkün olacaq. "Technote.az”ın "TechCrunch”a istinadən verdiyi xəbərə əsasən həmsöhbət olduğunuz dostunuz isə bu dəvəti link olaraq qəbul edəcək. İstifadəçilər oyunda qazanılmış nəticələri xəbər lentlərində paylaşa bilərlər. İlkin mərhələdə Instant Games platformasına 17 oyun daxil edilib. Onların arasında Pac-Man, ArkanoidSpace Invaders kimi 2D oyunlar var. Hal-hazırda sözügedən platforma yalnız 30 ölkədə aktivdir.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər