main-post-cover

    "Facebook" oğurlamağa davam edir! Bu dəfəki hədəf "Twitter"dir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Facebook"un son zamanlarda etdiyi yeniliklər sırasına yeni biri daha əlavə olunacaq. Belə ki, "Twitter"də məşhur "Trending Topic (TT)” artıq Facebook-da da qarşımıza çıxacaq. Trending Topic nədir? Trending Topic gündəmi zəbt edən və ya ən çox müzakirə olunan xəbərləri əks etdirir. Facebook nümayəndələri bir müddət əvvəl ən çox müzakirə olunan, günün aktual mövzularından təşkil olunan xəbər platforma istifadəçilərə təqdim edəcəyini açıqlamışdılar. Belə ki, "Facebook" xüsusi olaraq işlədəcəyi alqoritm ilə ölkə və dünya gündəmini önə çıxaracaq bir platforma üzərində işlər aparır. "Facebook" editor komandası tərəfindən gerçəkləşdiriləcək platformada ən çox müzakirə olunan, bəyənilən, rəy bildirilən xəbərlər yer alacaq. Paneldə gündəmi əhatə edən mövzuları müzakirə edən istifadəçilərin statistikası, mövzu haqda paylaşımlar əks olunacaq. Danışılan mövzudan xəbərdar olmaq istəyən izləyici paneldən xəbərə daxil ola biləcək. Məsələn, paneldəki #Technote şəklindəki etiketlə, mövzunu əhatə edən bütün paylaşımlara birbaşa giriş əldə edə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər