main-post-cover

    "Facebook" öz layihəsini təkmilləşdirmək üçün The Eye Tribe adlı startapı aldı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "Facebook”, insan baxışlarını izləyən texnologiyaüzərində çalışan The Eye Tribe adlı startapı alıb.

    Məlumata əsasən çox güman ki, startap, Oculus VR cihazının təkmilləşdirilməsi üzərində çalışacaq. Müqavilənin maliyyə tərəfi isə hələki açıqlanmır. Qeyd etmək lazımdır ki, The Eye Tribe 99$ qiymətində insan baxışını izləmə texnologiyalı cihaz və ona müvafiq smartfonlar üçün tətbiq hazırlamışdır. Bundan əlavə olaraq startap, VR sistemlərə, hesablama gücünü saxlayaraq insanın yalnız baxdığı istiqamətin yüksək keyfiyyətdə təqdim olunması texnologiyasını yaratmışdır. Bu ilin Fevral ayında "Facebook”, internet mühitdə və sosial şəbəkələrdə 3D virtual reallıq texnoloji layihəsinin hazırlandığını elan etmişdi. Sözügedən layihə, Oculus VR ilə birlikdə hazırlanır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər