Facebook, saxta xəbərləri işarətləmək və şikayət etmək seçimlərini aktiv etdi

414

Yaxın zamanda reallaşan ABŞ Prezidentlik seçkilərində platformada paylaşılan saxta xəbərlərin artışı ilə bağlı çoxsaylı tənqid alan Facebook, problemin həlli üçün professional kömək almağa qərar verdi.

Qlobal bir təsdiq şirkəti olan Poynter Network ilə iş birliyi edən Facebook, 4 addımda saxta xəbərlərdən qurtulmağı planlaşdırır.

Daha əvvəl saxta xəbərlər və aqressiv məzmunlar üçün süni zəka istifadə edəcəyini də bildirən Facebook, Blog vasitəsilə edilən açıqlama ilə birlikdə saxta xəbər problemini nə qədər ciddiyə aldığını da göstərmiş oldu. Asan şikayət, xəbərin mübahisəli olaraq işarələnməsi, məlumatlandırılmış paylaşım və saxta xəbər göndərənlər üçün maddi cəzalar olmaq üzrə 4 addımdan ibarət olan sistem vasitəsilə saxta xəbərlər ilə savaşılacaq.

Açıqlamada bu 4 addımın istifadəçilərin Facebook təcrübəsini daha yaxşı hala gətirmək üçün hazırlandığını bildirən şirkət rəsmiləri, etdikləri sınaqlar nəticəsində addımların dəyişib inkişaf etdiriləcəyini də əlavə edib. Asan şikayət edilmə addımı isə bu prosedurun ən vacib hissəsidir. Xəbərin sağ üst hissəsindən daxil ola biləcəyiniz seçimlərdən, şübhəli olduğunu düşündüyünüz xəbəri saxta olaraq şikayət edə biləcəksiniz.

Şikayət edilən və mübahisəli xəbər olaraq işarətlənən paylaşımlar, Facebook-a bu işdə kömək edəcək şirkət olan Poynter Network tərəfindən incələnəcək. Bu sistem vasitəsilə təyin edilən və sonrasında saxta olduğu dəqiqlik qazanan xəbərlərin üzərində saxta xəbər formasında bir xəbərdarlıq olacaq və xəbər lentində daha az görünəcəklər. Eyni zamanda xəbərin üstündə niyə saxta xəbər olduğu barədə bir açıqlama da yer alacaq.

Bu xəbərləri paylaşmaq yenə də mümkün olacaq lakin Facebook, bu xəbərləri paylaşmaq istədiyinizdə saxta olduğuna dair bir xəbərdarlıq edəcək. Mübahisəli xəbər olaraq işarələnmiş xəbərlərin sponsorlu məzmun ola bilməyəcəyi də açıqlamada qeyd edilib.

Saxta xəbər paylaşımı edənləri təyin etməyi məqsəd edindikləri bilditən Facebook, böyük media qurumlarını təqlid etməyə çalışan internet saytlarını cəzalandıracağını da bildirib. Facebook, əgər bu sistem vasitəsilə uğurlu ola bilsə nəhayətki sosial medianın saxta xəbər zibilliyi olmaqdan xilas edə bilər.