Facebook səhmdarları, Mark Zukerberg-i, vəzifəsindən azad etmək istəyirlər

08.05.2017 0 PAYLAŞIM 11640 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"Facebook”un səhmdarlarından ibarət bir qrupu Mark Zukerberg-i idarə heyəti sədri vəzifəsindən uzaqlaşdırmaq təklifini ediblər.

Bu təklif onunla əsaslandırılıb ki, idarə heyətindən asılı olmayan sədr, şirkət rəhbərlərini daha yaxşı idarə, korporativ idarəetməni yaxşılaşdıra və səhmdarlara lazımi inkişaf proqramını tərtib edə bilər. Sözügedən təklif SumOfUs idarə komissiyasının istehlakçı qrupunun üzvü olan səhmdarlarından gəlib. Sözügedən təşkilat özünü, qlobal problemlərə görə digər şirkətləri cavabdehliyə səsləyən internet cəmiyyət kimi qələmə verir. Həmin problemlərə iqlim dəyişikliyi, insan hüquqlarının pozulması, rüşvət və s. kimi qlobal problemlər daxildir. SumOfUs-ın kapital bazarının məsləhətçisi Lisa Lindsley bildirib ki, 333.000-ə yaxın insan, "Facebook”da korporativ məsuliyyətin yaxşılaşdırılması tələbini imzalayıb. Onlardan 1500 şəxs sosial şəbəkənin səhmdarıdır. Lisa Lindsley qeyd edib ki, SumOfUs-ın 4 nəfər üzvünün sahib olduğu səhmlər, Mark Zukerberg-i sözügedən vəzifədən azad etmək təklifini irəli sürməyə imkan verir. Lakin buna baxmayaraq "Facebook” çətin ki, bu təklifə razılıq versin. Belə ki, Mark, şirkətin ən səhm sahiblərindən biridir və bu təklifin yerinə yetirilməsi, soail şəbəkənin maliyyə göstəricilərinə təsir edə bilər.