Facebook, şəxsin adını normal qəbul etmədiyi üçün hesabını blokladı

627

Facebook hər zaman ya yenilikləri, ya da etdiyi qadağalarla gündəmə düşməyi bacarır. Bu dəfə isə vəziyyət daha maraqlı forma alıb. Belə ki, İngiltərədə yaşayan bir nəfərin adının normal standartlardan kənar göstərilməsi onun hesabının bloklanmasına səbəb olub.

Facebook və digər sosial media vasitələri istifadəçilər hesablarından düzgün istifadə etmədikdə və ya başqalarına mənfi təsir göstərdikdə sensorlayır yaxud bloka salınır. Facebook İngiltərədən olan bir adamın hesabını bloklayıb. Səbəb isə çox maraqlı olub. Belə ki, həmin şəxsin hesabının bloklanması onun adı ilə əlaqədardır.

55 yaşlı adamın adı DJ-dir. Facebook isə belə bir adın normal olmadığını, daha doğrusu anormal olduğunu düşünərək hesabı blok edib.

Əslində həmin şəxs 2008-ci ildə öz adını hüquqi yolla dəyişib və özü də əvvəllər DJ vəzifəsi icra etdiyi üçün bunu özünə ad olaraq seçib. Hətta verdiyi müsahibədə bunu reklam məqsədilə etmədiyini də bildirib.


DJ üçün sosial medianın xüsusi önəmi var. Belə ki, həmin şəxs revmatoid artrit xəstəliyindən əziyyət çəkdiyi üçün yeriyə bilmir və sosial media vasitələri ona insanlarla əlaqə saxlamaqda və sosiallaşmaqda köməklik göstərir. Hətta DJ öz hesabını geri almaq üçün Facebook-a vəsiqəsinin fotosunu da çəkib göndərib. Amma bunun da heç bir xeyri olmayıb. Facebook nümayəndələri onun adının normal ada oxşamadığını, daha çox ticarət profili ilə oxşarlıq təşkil etdiyini bildirib.