main-post-cover

    "Facebook", "Snapchat"la mübarizəni davam etdirmək üçün yeni startap aldı

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "Facebook"un "Snapchat"la rəqabəti bitmək bilmir. Belə ki, Zuckerberq bu dəfə də Snapchat-la oxşar xüsusiyyəti daşıyan startapı alıb.

    Zuckerberq Snapchat-da olan bütün xüsusiyyətləri Facebook-a daşımaqda iddialıdır. Belə demək mümkünsə Mark istifadəçilərini Snapchat-a vermək niyyətində deyil. Ona görə də Snapchat-da olan xüsusiyyətlər Facebook-da yer almaqda davam edir.

    Artıq Facebook-da da üz animasiyaları yer ala bilər

    Snapchat-ın məşhur üz animasiyaları xüsussiyyətini Facebook-da tətbiq etmək istəyən Mark bunun üçün FacioMetrics adlı startapı alıb. Bu startap qrupu üz tanıma texnologiyası üzərində işlər aparmaqdadır.
     
    Hətta "Facebook" nümayəndələri canlı videolar üzərindən daha inkişaf etmiş analizlər edərək çox əyləncəli və daha əvvəl görülməmiş videolar da təqdim edəcəklərini bildiriblər. Qeyd edək ki, bir müddət əvvəl "Facebook" media nəhəngi, MSQRD-ni almışdı. Bu alqı-satqının da məqsədi üz dəyişdirmə funksiyası ilə əlaqədar idi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər