"Facebook" "Steam"-ə rəqib olacaq?

236

"Facebook", oyun platforması olan "Steam"ə rəqib olacaq yeni bir startapa imza atır. İstifadəçilər artıq Facebook oyunlarına Steam bənzəri bir tətbiqdən daxil olacaqlar.

"Facebook"un Avqust ayında Unity ilə ortaq elan etdiyi PC oyun platforması Gameroom ortaya çıxdı.
İstifadəçilərin Facebook-dakı sosial oyunlarından ibarət, Steam bənzəri bir tətbiq olan Gameroom ilə istifadəçilər, Facebook oyunlarını PC daxilində ayrı bir tətbiqdə idarə edə biləcəklər.

"Steam"ın gələcəkdəki ən böyük rəqibi olacaq

Hələki beta mərhələsində olan və maraqlı çox da oyun təklif etməyən Gameroom, Steam tətbiqinin 2009-cu ildəki halına oxşayır. Maksimum 200 MB-lıq oyunların yer ala biləcəyi platformada bəzi xüsusi oyunlar üçün 500 MB-lıq yer də açıla biləcək.
Facebookun xüsusilə Oculus Rift səbəbindən yaxın gələcəkdə çox böyük bir oyunçu kütləsinə sahib olacağı və bu kütləni idarə edə bilmək üçüm Gameroom-un vacib bir platforma olacağını düşünürük. Bu da Facebook-u Gog, Steam və ya Origin kimi platformalar ilə birbaşa rəqib halına gətirir.