main-post-cover

    "Facebook"un təqdim edəcəyi bu yenilik də oğurluqdur!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    "Facebook", istifadəçilərin əlaqələrini daha da artırmaq üçün Twitter-in daha bir xüsusiyyətini Facebook-a gətirib. Xatırladığınız kimi Snapchat-ı almaq istəyən, amma ala bilməyən Facebook, Snapchat-ın vacib xüsusiyyətini Instagrama daxil etmişdi. Bütün sosial şəbəkələrin özündə çatmayan xüsusiyyətlərini öz tərkibinə qatan Facebook-un bu dəfəki hədəfi Twitter-dir. Burda əsas məqsəd istifadəçinin daha çox Facebook-da zaman keçirməsini təmin etməkdir.
    Mashable saytı tərəfindən ilk paylaşılan xəbərə görə "Dostlar nə haqda danışırlar?” başlıqlı pəncərə Facebook-a daxil edilib. Burada dostluğunuzda olan şəxslərin nə paylaşdığı, rəyləri sizə göstəriləcək. Bundan əlavə Facebook-un yaxın zamanlarda hastag etiket sistemini daha xüsusi hala gətirməsi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər