main-post-cover

    Facebook, Türkiyədə yaşayan vətəndaşların təhlükəsizliyindən xəbər verən bildiriş istifadəyə verdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Facebook, Istanbulda baş verən terror hücumundan sonra həmin ərazidəki insanların təhlükəsizliyini yaxınlarına xəbər etmək üçün "(güvendeyim) təhlükəsizlikdəyəm ” düyməsini aktiv hala gətirib.

    Qonşu ölkə Türkiyədə son zamanlar baş verən hücumlar Facebook-u da bu mövzuda addım atmağa məcbur edib. İstanbulda baş verən terror aktından sonra istifadəçilər yaxınlarının təhlükəsizlikdə olub olmadığını "(güvendeyim) təhlükəsizlikdəyəm ”bildirişi ilə əmin ola biləcəklər. Belə ki, bu ərazidə yaşayan hər hansı şəxsin təhlükəsizlikdə olması haqda düyməni aktiv etməklə ondan xəbərdar olmaq olur. Eyni zamanda bu sistem üzərində istifadəçilərin Facebook-da ən son nə vaxt paylaşım etdikləri öz əksini tapır.

    Əgər sizin də İstanbulda yaşayan yaxınlarınız varsa təhlükəsizlikləri haqda bildirişlər almaq istəyirsinizsə, onda həmin şəxs haqda bu bağlantı vasitəsilə məlumat ala bilirsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər