main-post-cover

    Facebook-un axtarış sisteminə yeni funksiya əlavə olunub

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook sosial şəbəkəsi, foto axtarışını süni zəka vasitəsilə təkmilləşdirib.

    Qeyd etmək lazımdır ki, sözügedən funksiya daha öncə zəif görən istifadəçilər üçün nəzərdə tutulmuşdu və keçən ilin Aprel ayında istifadəyə verilmişdi. Süni zəka, fotoda əks olunan obyektləri tanıya və istifadəçiyə nəql edə bilirdi. Tanıma sistemi isə isim və sifətlərin səviyyəsində həyata keçirilirdi. İndi isə süni zəka, hərəkətləri tanıma xüsusiyyətinə sahibdir. Bundan əlavə olaraq sözügedən axtarış sistemi artıq hamı üçün aktivdir. Bu isə o deməkdir ki, artıq istənilən istifadəçi, Facebook daxilində hər-hansı fotonu təkcə fotonun sahibinin istifadə etdiyi teqlər vasitəsilə deyil həmdə açar sözlərin köməkliyi ilə tapa bilər. "Facebook”un süni zəka şöbəsinin baş rəhbəri Joaquin Candela-nın sözlərinə görə servis, 12 ədəd fəaliyyət tipli yeni açar sözləri özündə birləşdirir. Onların arasında "insanlar gəzişirlər”, "insanlar rəqs edirlər”, "insanlar atla gəzirlər” və "insanlar musiqi alətlərində ifa edirlər” kimi açar sözlər və cümlələr var. "Facebook”, sözügedən texnologiyanın təkmilləşdirilməsini və onun videoaxtarış sisteminə də inteqrasiya olunması barəsində söz verib. Qeyd etmək lazımdır ki, təkmilləşdirilmiş fotoaxtarış sistemi həm mobil, həm də veb versiyada hələki ABŞ istifadəçiləri üçün aktivdir. Funksiyanın digər ölkələrin istifadəçiləri üçün aktiv olacağı tarix isə bilinmir.

    Linki kopyala