Facebook-un mobil versiyasına 3 yeni funksiyanı əlavə edən yenilənmə təqdim olundu
Sosial Media
07.05.2017
Farid Pardashunas
"Facebook”, Android və iOS sistemləri üçün nəzərdə tutulmuş tətbiqinə yenilənməni təqdim etdi.
Yenilənmə özündə 3 yeni funksiyanı birləşdirir. Təkmilləşdirilmiş
kamera funksiyası, ana səhifənin yuxarı hissəsində yerləşən Stories bölməsi və Direct adlı şəxsi söhbətlər bölməsi. Təkmilləşdirilmiş kamera funksiyası, foto
və videoya tətbiq olunan bir çox effektlər, maskalar, çərçivələr və interaktiv
filtləri özündə birləşdirir. Snapchat, Instagram, Facebook Messenger və WhatsApp-da
olan Stories bölməsi bundan sonra sosial şəbəkənin mobil versiyasında, ana səhifənin
yuxarı hissəsində təqdim olunacaq. Direct funksiyası isə müəyyən istifadəçi ilə
foto və video paylaşılmasını təmin edir. Bununla belə göndərilmiş foto və
videolar da müəyyən müddətdən sonra avtomatik olaraq pozulur. Həmin kontenti qəbul
edəcək şəxs isə onlara baxa və cavab verə bilər. Lakin kontent barəsində söhbət
yekunlaşdıqdan sonra, sözügedən kontent artıq Direct bölməsində görünməyəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
Əfsanənin geri dönüşü: Winamp musiqi servisinin istifadəyə veriləcəyi tarix açıqlandı