Facebook-un mobil versiyasına yeni maraqlı funksiya gəlir
Sosial Media
07.05.2017
Farid Pardashunas
Facebook sosial şəbəkəsinin mobil versiyasında yeni funksiya test edilməyə başlayıb.
Yeni funksiya, City Guides adlanır və şəhər bələdçisi özəlliyini
daşıyır. Bu funksiyadan istifadə edərək yerləşdiyiniz şəhərdə görməli yerlər, tədbirlər,
restoranlar və digər məlumatlar barədə xəbərdar olacaqsınız. Bundan əlavə
olaraq City Guides sizin dostlarınızın hansı seçilmiş şəhərlərdə və həmin şəhərlərdə
hansı restoran, mehmanxana və bu kimi yerlərdə olduqlarını da göstərəcək.
Sosial şəbəkə bu məlumatları, istifadəçilərin özlərini müəyyən yerlərdə qeyd
etmələri üzərindən əldə edir. Facebook-un bu yeni funksiyası bir növ FourSquare və TripAdviser servislərinə bənzəyir. Şirkət bildirib ki, yeni funksiya artıq təqdim
olunub və o test mərhələsindədir. Sosial şəbəkə, istifadəçiyə sözügedən məlumatları
elə təqdim etməyə çalışacaq ki, həmin məlumatlar istifadəçi üçün maksimal dərəcədə
faydalı olsun. Qeyd etmək lazımdır ki, City Guides funksiyası hələki bir sıra
istifadəçilər üçün aktivdir. Onun nə zaman bütün istifadəçilərə təqdim
olunacağı və veb versiyasının olacağı haqqında məlumat yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Bütün iPhone 16 smartfonlarının xarici görünüşləri bir fotoda sərgilənib
Dünyanın ən sürətli internetinə malik ölkələri bəlli olub!