main-post-cover

    Facebook, valideynlər üçün yeni xidmətini təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Facebook valideynlər üçün yeni xüsusiyyətini təqdim edib.

    Facebook valideynlərin uşaqlarına daha asanlıqla nəzarət etməsi üçün yeni platforma təqdim edib. Yeni Valideynlər Portalı sosial mediada uşaqlara daha asan nəzarət etməyə şərait yaradır.
    Sosial media işlərimizi nə qədər asanlaşdırsa da bir çox valideynlər üçün uşaqlarına nəzarəti çətinləşdirir. Son vaxtlar bəzi etikadan kənar insanların uşaqlarla sosial media vasitəsilə əlaqə saxlaması onlar üçün təhlükənin meydana çıxmasına şərait yaradır. Bu mövzuda ailələri xəbərdar etmək istəyən sosial media nəhəngi Facebook, Valideynlər Portalı adlı xidmətini istifadəyə verdi.

    Sosial media nəhəngi, Valideyn Portalında uşağınıza real həyatda mövcud olan qaydaların internetdə də eynilə keçərli olması prinsipini xatırlatmaq məqsədi daşıyır. Portalda uşaqlara necə nəzarət etdiyinizə və hesablarını yoxlaya biləcəyinizə dair geniş məlumat öz əksini tapır.
    Qısaca desək, istər öz hesabınız, istərsə də uşağınızın hesabı olsun təcrübənizdən ən yaxşı şəkildə yararlanmaq və uşağınızı düzgün yönləndirmək üçün bu xidmət sizə çox yardımçı olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər