"Facebook" vasitəsilə səs vermək mümkün olacaq

950

"Facebook", daha bir yeniliyə imza ataraq istifadəçilərə internet üzərindən səs verməyə şərait yaradacaq. Yenilik 2016-cı il üçün Prezidentlik seçimlərində istifadə olunacaq

"Facebook", ABŞ-da yaşayan istifadəçiləri Prezident seçkilərində səsverməyə təşviq etmək üçün yeni bir üsul istifadəyə vermək niyyətindədir. İstifadəçilər 2016 ABŞ Prezident Seçimlərini Facebook üzərindən edə biləcəklər. Bu yolla səsvermə prosesində 18 yaşından yuxarı şəxslər iştirak edə biləcəklər. Bu yolla "Facebook", səsvermə prosesində insanların aktivliyini artırmağa çalışır.

 

Önümüzdəki iki gün ərzində Xəbər lentində yer alacaq "Registr”düyməsi vasitəsilə sosial şəbəkə vasitəsilə səs vermək mümkün olacaq. Bu yolla istifadəçilər Facebook üzərindən vote.USA.gov saytına yönləndiriləcəklər. Facebook Hökümət Kömək Müdiri Keti Harbat, Facebook-un bu yeniliyinin istifadəçilərin səsvermə hüququndan asanlıqla istifadəsinə şərait yaradacağını bildirib.