"Facebook Workplace" istifadəyə verildi

257

"Facebook", "Google" ilə internet sektorunun ən dəyərli firmalarından biridir. İnternetde bir çox şirkətin reklam barədə iş ortağı olan Facebook, Instagram və WhatsApp kimi vacib sosial şəbəkələrin də sahibidir.

"Google" ilə internet dünyasında ciddi bir rəqib olan "Facebook", dünyada bir çox şirkət, qurum və qrup tərəfindən istifadə edilən Facebook at Work xidmətini Facebook Workplace olaraq yenilədi.

Keçdiyimiz günlərdə Google-un Apps xidmətini G-Suite adı ilə dəyişdirməsindən sonra Facebookun bu həmləsi də diqqət çəkir.

İndidən dünya üzrə mindən artıq şirkət və 100 minin üzərində qrup tərəfindən istifadə edilən Workplace ilə bağlı "Facebook", bəzi diqqət çəkici məlumatlar açıqladı. O məlumatlar:

- Hindistan, Norveç, ABŞ, İngiltərə və Fransa, Workplace-i ən çox istifadə edən 5 ölkədir.

- Workplace, Antarktida xaricində hər qitədə istifadə edilir

- Facebook, Workplace ilə xüsusilə ofisləri olmayan və masa arxasında işləməyən insanlar üçün vacib bir boşluğu doldurur. Facebook Workplace-in mobil funksiyası vasitəsilə pərakəndə sektorda işləyənlər, gəmilərdə işləyənlər və s. kimi daha əvvəldən ənənəvi iş yeri vasitələrinə çata bilməyənlər də bu xidmətdən istifadə edə bilirlər.

Facebookun Workplace üçün etdiyi yenilənmələr isə belədir :

Rəqabətcil Qiymətləndirmə modeli

Beləki şirkətlər istifadəçi başına, işlətdikləri qədər ödəmə edə biləcəklər. Qiymətləndirmə, min ədəd aktiv istifadəçi üçün aylıq 3 Dollar, Min bir – On min arası aktiv istifadəçi üçün aylıq 2 Dollar və on min üzərində aktiv istifadəçi üçün aylıq 1 dollar olacaq.

Yeni Xüsusiyyətlər

Workplace artıq Çoxlu Şirkət Qrupları (Multi-company Groups), Live, Reaksiyalar, Avtomatik tərcümə, Video və qruplar üçün səsli zəng kimi xüsusiyyətləri də istifadəyə verib. Çoxlu Şirkət Qrupları vasitəsilə fərqli qurumların işçiləri birlikdə işləyə bilir.

Workplace Partner Program

Facebook, Workplace Partner Program çərçivəsində "Deloitte" və "Microsoft" kimi şirkətlərlə iş ortaqlığı edərək istifadəçilərin Workplace təcrübəsini artırmağa çalışır.

Workplace, şirkətlərin xəbər axını, qruplar, chat və canlı video kimi tanış Facebook vasitələrini istifadə edərək birlikdə daha rahat işləmələrinə şərait yaradır. Workplace-in mobil dizaynı vasitəsilə insanlar dünyanın dörd bir yanındakı iş yoldaşları ilə birlikdə işləyə bilirlər.

Workplace-i istifadə etmək istəyən şirkətlər workplace.fb.com adresindən müraciət edə bilərlər.