main-post-cover

    Facebook yeni dizayn dəyişikliyi edib

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook uzun müddətdir ki, yeni dizaynlar üzərində işləyir. Dizaynlar hazırlayarkən isə istifadəçilərin rəyini də nəzərə alır.

    Uzun müddətdir ki, istifadəçilər, xüsusilə də Beta proqram üzvləri Facebook Android proqramında Navigation Bar üçün bir sıra fikir və təkliflər verirdilər. Bildiyiniz kimi proqramın iOS versiyasında nav bar aşağıdadır və bu da proqramda daha rahat hərəkət etmənizə şərait yaradır. Android versiyada isə bu hissə yuxarıda idi və böyük telefon istifadə edənlər üçün çətinlik yaradırdı. Facebook son yeniləmədən sonra isə nav bar hissəsini aşağı endirdi və iOS versiyada olduğu kimi rahatlıqla bu bölmədən istifadə edə bilərsiniz. Facebook bu versiyanı əldə etmək üçün proqramı Play Store üzərindən yeniləyin.
    Facebook yeni dizayn dəyişikliyi edib
     
    Facebook yeni dizayn dəyişikliyi edib
     
    Facebook yeni dizayn dəyişikliyi edib

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər