main-post-cover

    Facebook yeni video xidməti haqqında məlumat verdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Facebook video mövzusunda iddiasını davam etdirməkdədir. Artıq Facebook-da 360 dərəcə Live videolar görmək mümkün olacaq.

    Hər keçən gün yeniliklər tətbiq edən Facebook, rəqiblərindən geri qalmır. Buna görə də qısa zaman əvvəl Live video xidməti təqdim edən Facebook, indi də 360 dərəcə videoları izləyə biləcəyiniz Live 360 xidmətini əlavə etdi.

    360 dərəcə National Geographic sənədli filmi

    Facebook bu xidməti daha irəli daşımaq üçün National Geographic ilə iş birliyi edir. Məşhur sənədli film kanalı, Live 360 üzərində, Mars təcrübələrinin 360 dərəcə çəkilmiş videolarını yayımlayacaq.
    National Geographic hal-hazırda Utahda qurulan xüsusi bir təsisatda Marsda yaşayacaq astronavtların yaşayış şəraitini test etmək üçün süni yaradılmış yerdə təcrübə prosesi həyata keçirir.

    Facebook-un yeni Live 360 videoları hələ ki, istifadəyə açıq deyil. Sosial media nəhəngi bu xüsusiyyəti ilk əvvəl bəzi səhifələrdə istifadəyə verəcək.
    Bundan sonra daha çox səhifə xüsusiyyəti istifadə olunmağa başlayacaq. 2017-ci ilin sonuna doğru bütün istifadəçilər canlı 360 dərəcə videolar yayımlamağa başlaya biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər