main-post-cover

    Facebooka maraqlı və hər gün istifadə edəcəyiniz yenilik əlavə edilir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Son vaxtlarda hava proqnozu məlumatı verən Facebook, bu cəhdini biraz daha irəli apararaq sosial şəbəkəyə əsl bir hava proqnozu tətbiqi inteqrasiya edir. Beləcə daha detallı hava proqnozu məlumatını hər gün Facebookdan öyrənə biləcəksiniz.

    Facebookun sizə bəzən hava proqnozu barədə məlumatlar verdiyini yəqin ki görmüsünüz. İndi isə şirkət, sosial şəbəkənin web mobil versiyalarına real bir hava proqnozu tətbiqi inteqrasiya edir.
    Əlavə olaraq bu həftə Facebook, hava vəziyyəti ilə bağlı bir neçə yenilənmə paylaşdı. İlk olaraq Facebook, bundan sonra xəbər lentinizin ən üst hissəsində ortaya çıxan, daha detallı bir hava proqnozu təqdim edəcək. Hava proqnozu məlumatı,beş günlük hava proqnozu təxminlərini sizə çatdıracaq. Həmçinin hava vəziyyətinə görə bildiriş göndərməsini belə tələb edə biləcəksiniz. Beləliklə yağış gözlənilən bir gündə bu vəziyyət sizə xatırladılacaq və siz də çətiriniz olmadan küçəyə çıxmayacaqsınız.

    Bununla birlikdə son bir həftə içində Facebookun iOS Android versiyalarına, xüsusi bir hava vəziyyəti bölməsi əlavə edildiyi görüldü. Bu xüsusiyyətin sosial media platformasının web versiyasında isə mart ayında istifadəyə verilməsi gözlənilir.
    Bir çoxumuzun gün ərzində Facebooku istifadə etdiyi düşünülərsə, detallı hava proqnozu məlumatının əlavə edilməsindən sonra platformaya müsbət təsir edəcəyini deyə bilərik. İnsanların başqa sayta keçmədən hava proqnozunu öyrənməsi, böyük bir üstünlük olacaq.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər