main-post-cover

    Facebook-dan Səhifələr üçün yenilənmə gəldi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook, şirkətlərin müştəri tapmaqlarına və onlarla əlaqə qurmalarına köməkçi olmaq üçün Səhifələri yenilədi. Yenilənmə çərçivəsində "Hərəkət çağırışı” xüsusiyyətinin inkişaf etdirilməsi ilə insanlar Səhifədən qiymət təklifi ala bilir, alışveriş və daha çoxunu edə bilir.

    Şirkətlər, Səhifələrinə yeni "Hərəkət çağırışı” düymələri əlavə edə bilir və müştərilərinə bir neçə addımda asanlıqla tamamlanacaq formalar təklif edə bilirlər.

    Dünyada 60 milyondan çox şirkətin hər ay Səhifələri istifadə etdiyini açıqlayan Facebook, bu səhifələri 1 milyardın üstündə insanın ziyarət etdiyini vurğuladı. Şirkətlər üçün mobil bir həll təklif edən Facebook, Səhifələr ilə insanların şirkətləri kəşf etmələrini, onlarla münasibətə keçmələrini və hər an, hər yerdə, hər hansı bir cihaz üzərindən əlaqə qurmaqlarına şərait yaradır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər