"Facebook"dan "Snapchat"a daha bir zərbə:Messenger Day

389

"Facebook”, "Snapchat”ı çökdürməyi sanki qarşısına məqsəd qoyub. "Facebook”, "Snapchat”a məxsus "Hekayələr” xüsusiyyətini Facebook Messenger-də test etməyə başlayıb

Daha əvvəllərdə Facebook Messenger-də müəyyən dəyişikliklər edən şirkət, bu dəfə də yeni bir xüsusiyyət təqdim etməyə hazırlaşır. "Facebook”, Facebook Messenger-də "Snapchat”a məxsus "Hekayələr” xüsusiyyətini gətirməyi planlaşdırır.

"Hekayələr” Facebook Messenger-də!


TechCrunch-da yer alan xəbərə görə Facebook, test olaraq apardığı xüsusiyyətin adını "Messenger Day” olaraq adlandırıb.

"Messenger Day” istifadəçilərə yaxın ətrafı ilə 24 saat boyunca foto, video paylaşmalarına şərait yaradacaq. Bundan əlavə istifadəçilər Messenger Day-də Snapchatı-ın "Hekayələr” funksiyasına bənzər mətin, filtr və s. istifadə edə biləcəklər. İstifadəçilər, dostlarının və özlərinin paylaşdıqlarını "My Day” adındakı paneldə görüntüləyə biləcəklər.