main-post-cover

    "Facebook"dan "Snapchat"a oxşar tətbiq-Flash

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook Snapchat-dan əl çəkmək niyyətində deyil. Bu dəfə də oxşar tətbiq olan Flash-I təqdim etdi.

    Snapchat qarşısında Facebook Poke və Slingshot kimi tətbiqlərlə bir şey əldə edə bilməyən Facebook, bu dəfə də Flash tətbiqi ilə şansını sınayır.
    Facebook-un Snapchat-a qarşı təzyiqləri bitmək tükənmək bilmir. Bu dəfə də Facebook, Snapchat-la bənzər xüsusiyyətləri daşıyan bir başqa mobil tətbiq olan Flash-ı sınaqdan keçirir.
    Facebook-dan ayrı istifadə üçün təqdim olunan Flash tətbiqi, istifadəçilərə Snapchat-da olduğu kimi müxtəlif filtrlər maskalar ilə foto və video çəkmə imkanı verir. Snapchat-da ən çox istifadə olunan İt filtri də Flash-də yer almış kimi görünür.

    Bundan əlavə Snapchat-i kölgədə qoymaq istəyən Facebook-un yeni tətbiqinin əsas xüsusiyyətlərindən biri də onun daha az yer tutmasıdır. Belə ki, bu tətbiq Snapchat-dan fərqli olaraq 25 MB yer tutur. Halbu ki, Snapchat-da bu sahə 75 MB təşkil edir. Flash-ın Snapchat-la ortaq xüsusiyyətlərini və az sahə tutmasını nəzərə alsaq bir çox istifadəçilər tərəfindən istifadə olunacağını demək mümkündür. Amma digər tərəfdən Flash Snapchatla müqayisədə daha zəif tətbiq hesab olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər