main-post-cover

    "Facebook"un yeni funksiyası ilə hər biriniz maddi qazanc əldə edə bilərsiniz

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook bu dəfə elektron ticarətdə sizlərə köməkçi olacaq. Snapchatdakı hekayə funksiyasının Instagrama gəlməsi ilə oğru aləmində özünə ad qazanan Facebook, bu dəfə elektron ticarətdə də dünya markası olmaq istəyir.

    Facebook, son vaxtlarda fərqli layihələr və Messenger, Instagram kimi tərkibindəki tətbiqlərə gətirdiyi yeniliklər ilə adından söz etdirməyi bacarıb. Ancaq sosial media nəhəngi, öz platformasına da vacib toxunuşlar etməyi yaddan çıxartmır.
    Artıq hardasa bütün işlərimizi Facebook-da həll edə bilirik. Bunlara bir yenisi də e-ticarət olaraq əlavə edilir. İlk olaraq ABŞ, İngiltərə, Avstraliya və Yeni Zellandiyada istifadəyə verilən bu yeniliklə istifadəçilər, ikinci əl ya da yeni əşyalarını Facebook üzərindən satışa çıxara bilirlər. Bununlada maddi qazanc əldə edə bilirlər.
    Hər nə qədər uğurlu bir addım kimi görünsə də mənfi xüsusiyyətlər də istər-istəməz ağıla gəlir. Hətta Facebook Marketin ölkəmizdə də istifadəyə girməsi ilə əminəm ki "Facebook Marketplace-dən aldığı telefon yerinə, qutudan badımcan çıxdı!” kimi xəbərləri görmək ehtimalımız da yüksəkdir.
    Hələki Facebookun təhlükəsizlik tədbirləri barədə nələr edəcəyi hər kəsə maraqlıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər