main-post-cover

    “Facebook”un ilk vaxtlarında 1 milyard dollara “Yahoo”ya satılma fikrinə qarşı çıxan investor

    Digər
    07.05.2017
    Farid Pardashunas

    "Facebook”un ilk yarandığı vaxtlarda Mark Zükerberq-ə "Yahoo” tərəfindən 1 milyard dollarlıq təklif göndərilmişdi. Lakin "Mark Andrissen” adlı investor Zükerberq-ə "Facebook”u satmaması barədə məsləhət vermişdi.

    Təklif təqdim edildiyi zaman "Facebook”un ən böyük investoru olan "Accel Partners”, 22 yaşındakı Zükerberq-ə təklifi qəbul etməsi barədə təsir göstərməyə çalışmış, lakin Andrissen, Zükerberq-i satmamağa razı sala bilmişdi.

    İnvestorlar üçün gələcəyi görə bilmək ən vacib xüsusiyyətdir.

    Andrissen bu barədə bir müsahibəsində qeyd edirdi ki: « "Facebook”la bağlı olan hərkəs, şirkətin "Yahoo”ya satılması fikrinə müsbət yanaşırdı. 22 yaşındakı gəncə həddindən artıq fiziki təzyiq var idi. Mark və mən bir-birimizə çox bağlı idik və mən ona təkidlə satmamalı olduğunu deyirdim. »
    Zükerberq, Andrissenin tövsiyyəsinə əməl etdi və "Facebook”u satmadı. Andrissenin "Facebok”a olan inancı tam idi və şirkətin, insanların düşündüyündən çox daha artığı olacağına inanırdı.
    Andrissenin tövsiyyəsi işə yaradı və Zükerberq düzgün qərarı verdi. "Facebook"un bugün etibarı ilə dəyəri təxminən 362 milyard dollardır.
    Siz siz olun hər zaman bir məsləhətçiyə(mentora) sahib olun. Ətrafınızda həqiqətən sizin yaxşılığınızı istəyəcək və sizi düzgün şəkildə yönləndirəcək birilərinin olması olduqca vacibdir.
    Bəs sizin startapınız barədə mentora ehtiyacınız var? "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi"nin startaplara dəstək proqramına daxil olan komandalara Azərbaycandan, ABŞ-dan, Kanadadan, Böyük Britaniyadan, Rusiya və Türkiyədən olan yerli və xarici mentorlar dəstək göstərir. Siz də gələcəyin Zükerberqi ola bilərsiniz. "Barama" haqqında ətraflı məlumat üçün: Barama.az
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər