"Facebook"un qara bazardan oğurluq şifrələr alması məsələsinə açıqlama gəldi!

202

Facebook-un öndə gələn nümayəndələrindən biri olan Alex Stamos, şirkətin niyə oğurlanmış şifrələr alması məsələsinə aydınlıq gətirib.

"Facebook" CSO-su Alex Stamos, Portuqaliyada keçirilən tədbirdə çox vacib məqama aydınlıq gətirib. Belə ki, Alex saytın günlük 1.3 milyard istifadəçisinin olduğunu və buna görə də saytın təhlükəsizliyini təmin etməyin çox çətin olduğunu açıqlayıb. Onun sözlərinə görə oğurluq şifrələrin alınmasında məqsəd təhlükəsizliyi təmin etməkdir.


Əvvəlki illərdə "Yahoo"da çalışan Stamos, insanların, şifrələri müxtəlif yerlərdə istifadə etdiyini və bu isə gələcəkdə onların məlumatlarının təhlükə altına düşməsinə səbəb olacağını bildirib. Belə olan halda "Facebook" qara bazarda satılan oğurluq şifrələri alaraq onları öz məlumat bazasındakı hesab şifrələri ilə qarşılaşdırır və təhlükəsizlik problemi olan şəxslərə xəbərdarlıq mesajı göndərilir.

Təhlükəsizlik məsələlərinin insanlar üçün vacib olduğunu anlayan "Facebook", bir müddət əvvəl WhatsApp üçün də pilləli təstiq etmə xüsusiyyətini istifadəyə vermişdi.