Facebookun yeni tətbiqetməsi : Facebook Events

77

Eventləri ilə irəli çıxan və insanların rahatlıqla toplanıb bir araya gələ bilmələrinə vasitəçilik edən Facebook, bu üstünlüyünü çıxardacağı event tətbiqi ilə daha asan əlçatan edəcək. 

Facebook-un insanlar üçün sahib olduğu bir çox xüsusiyyəti arasında son vaxtlarda daha da irəli çıxan eventlər, ayrı bir tətbiq olaraq çıxışını etdi.

Ətrafınızda olan-bitən tədbirləri daha tez öyrənəcəksiniz.

Bir-birini tanımayan minlərlə hətta milyonlarla insanın toplanmasına vasitəçilik edən Facebookun eventlər xüsusiyyətini, 650 milyon şəxs istifadə edir. Bu yüksək istifadə dərəcəsi, öz bərabərində yeni bir Facebook tətbiqini gətirdi.

Facebook Events tətbiqi ilə gün, həftə və ay içərisində dostlarınız və başqaları tərəfindən hazırlanmış eventləri görə biləcək, filtrləyə biləcək və event içərisində yazışa biləcəksiniz. Eyni zamanda telefonunuzda mövcud olan təqvim tətbiqindəki eventləri də kopyalayaraq bütün təqvim ehtiyacınızı qarşılaya biləcəksiniz.

Xüsusilə günümüzdə sosial media hesablarımızdakı eventləri keçə bilməyən klassik təqvim tətbiqinin bu ehtiyacını Facebook Events bağlayaraq hər zaman onlayn, interaktiv bir təqvim təcrübəsi verəcək. 

Amerikada iOS platformasına bugün gələn tətbiq, gələcək günlərdə Android platformasına da gələcək. Daha sonra da Avropa və Asiya qitəsindəki istifadəçilərə açılacaq.

Tətbiqi endirməsəniz belə Facebook üzərindən eventlərdən istifadə edə biləcəyinizi, lakin bu tətbiqin eventlərə daha çox üstünlük verən insanlar üçün hazırlandığını da bildirək. Yəni Messenger tətbiqində olduğu kimi bir məcburiyyət olmayacaq. 

Eyni zamanda firmanın tətbiqin çıxışı üçün hazırlamış olduğu təqdimat videosunu da sizlərə təqdim edirik :