main-post-cover

    "Faceook" bu dəfə "Youtube"a rəqib olmağa hazırlaşır!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
     

    Bu dəfə "Facebook", "YouTube"un bazardakı yerinə göz dikib!

    Sosial media nəhəngi "Facebook" musiqi lisenziyası üzrə vakansiya təyin edib. Bu vəzifə üçün seçilən şəxsin əsas işi musiqi etiketləri və yaradıcıları ilə danışıqlar aparmaq olacaq. Belə görünür ki, "Facebook" internet sektorunda hər kəsin alternativini yaradaraq liderliyi ələ almaq istəyir. Xatırladaq ki, bundan əvvəl şirkət "Snapchat"ı almaq istədiyi haqda təklif göndərmiş və rədd cavabı aldıqdan sonra Snapchat-ın daşıdığı funksiyaları Instagram-a bənzər şəkildə tətbiq etmişdi.
    Bildiyiniz kimi YouTube videohostinq olaraq fəaliyyət göstərən ən böyük video şəbəkəsidir.
     
    Bundan əlavə Beynəlxalq səsyazma sənayesi federasiyasına görə YouTube dünyada fəaliyyət göstərən ən böyük musiqi xidmətidir. Verilən məlumata görə dünyada 82% musiqi dinləyicisi məhz YouTube-dan istifadə edir.
    Məlumdur ki, Facebook son vaxtlar video xidmətlər üzərində daha çox aktivlik göstərir. Məsələn, "Facebook" canlı yayımla buna bir növ ilk addım atmış oldu. Yeni təyin olunacaq əməkdaş isə Facebook-un inkişafı üçün videohosting olaraq fəaliyyət göstərəcək.
    Maraqlı məqamlardan biri də odur ki, Facebook 2016-cı il üçün təqdim etdiyi maliyyə hesabatında "musiqi” haqda heç bir bəndə yer verməyib. Bunun əvəzində isə daha çox "video” sözü istifadə olunub. Belə güman olunur ki, "Facebook" video reklamlardan qazanmaq niyyətindədir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər