main-post-cover

    FBI, rus hackerlərinin ən çox istifadə etdiyi kod adlarını ictimaiyyətə təqdim edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    FBI rus hackerlərin əlindən təngə gəlib onların istifadə etdiyi kod adlarını paylaşdı.

    Bildiyiniz kimi artıq bir müddətdir ki, Rusiya və Amerika arasında informasiya texnologiyaları sahəsində gərginlik yaşanır. Bu gərginlik Amerikada prezident seçkinlərinin keçirildiyi vaxtlar daha da şiddətli hal aldı. Hətta Amerikadakı səsverməyə Rusiyanın kiber sistem üzərindən müdaxilə etdiyi də gələn iddialar arasında yer almaqda idi.
    FBIBeynəlxalq Təhlükəsizlik Departament tərəfindən təşkil olunan siyahıda rus hackerlərə də yer verilib. Verilən siyahıya diqqət etdikdə rusların kod adı olaraq əsasən "hersoq”"ayı” sözlərindən istifadəsi diqqəti cəlb edir. Bu hacker dəstəsinin əsasən xarici istiqamətdə fəaliyyət göstərdiyi vurğulanır.
    Bu mövzuda Amerikanın keçmiş prezidenti Barack Obama da açıqlama verərək gərəkli cavabın veriləcəyini bildirmişdi. Bundan sonra hətta Amerikadan 35 rus diplomat departasiya olunmuşdu. Həmçinin Obama Rusiyanın bu fəaliyyətinin hesabat şəklində konqresə təqdim olunacağını da bildirib.
     
    Buna baxmayaraq Rusiyada öz mövqeyini eyni şəkildə həyata keçirəcəyini açıqlayıb. Hətta Maria Zaxarovada öz açıqlamasında amerikalı diplomatlara qarşı eyni addımı atacaqlarını, belə mövqeyin gələcəkdə də problemlərə yol açacağını diqqətə çatdırıb. Maria Zaxarova Obama və tərəfdarlarının özündən sonrakı əlaqələri düşünmədən belə addım atdığını vurğulayıb.
    "Hər ölkə öz mövqeyini nümayiş etdirsə də Donald Trumpın hakimiyyəti ələ alması hadisələrin müsbət inkişafına da şərait yarada bilər” deyə xarici mətbuat bildirir.
    Linki kopyala