main-post-cover

    "Femen" qrupunun Bakıda aksiyası yalanını kim, niyə uydurub? +18

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Bugün sizləri uğurlu bir viral reklam ilə nümunəsi ilə tanış etmək istəyirik. Bu reklam isə dünyanın hər yerində rejimə qarşı münasibətlərini çılpaq aksiyaları ilə göstərən "Femen"lərlə bağlıdır. 

    Bu yaxınlarda internetdə "Femen"lərin Bakıya gələcəyi haqqında kifayət qədər statusa, paylaşımlara rast gəlmiş olarsınız. Hətta onların Bakıya gəldiklərini sübut etmək üçün şəkillərdə sosial şəbəkələrdə gəzirdi. Həqiqət isə heç də belə deyilmiş. Çox ustalıqla işlənmiş bu reklam əslində tamamilə usta əli dəymiş bir neçə "photoshop əsəri" və maraqlı hazırlanmış konsepsiyadan ibarət imiş. 

    Aşağıdakı şəkillərə baxdıqda nə demək istədiyimizi daha yaxşı başa düşəcəyinizə əminik, lakin reklamın mahiyyətini qısa izah edək. Femenlərin xarici ölkələrdə aksiyalarda olarkən çəkilən şəkillərini foto montaj ilə dəyişdirən reklam agentliyi işçiləri hazırladıqları şəkillərdən birinə "Taboot" adlı geyim brendinin posterini, sanki həqiqətən də o postermiş kimi əlavə ediblər. Qısa bir vaxtda internetdə viral olan bu şəkillərin həqiqi olub-olmaması bir çoxları tərəfindən sual altında qalmaqda davam etsədə, bu cavabımız onlara köməkçi ola bilər. Bəli bu şəkillər həqiqi deyildi, Sadəcə Reklam idi. 

    Bəs bu uğurlu reklamı kim və ya hansı agentlik hazırlayıb? Adətən bu cür reklam işlərində agentliklər öz imzalarını da reklam obyektindən əlavə olaraq gizli şəkildə materiallara əlavə edirlər. Bu reklamın hansı agentliyə məxsus olduğunu öyrənmək üçün çox da axtarası olmadıq. Hər şəkildə eyni olan sadəcə bir işarə vardı, birində Tatoo, birində köynək üzərində işarə,  birində boyunbağı halında olan bu işarə bir reklam agentliyinin logosudur. Google-dan istifadə edərək bu logonun "Microbe Viral Advertising" reklam agentliyinə məxsus olduğunu da təyin etmək o qədər çətin deyil. Sözü çox uzatmadan şəkilləri aşağıda sizlərə təqdim edirik. Aşağıda həm montajlı həm də montajsız bir neçə şəkil var. Onlardan isə aşağıda Reklam Agentliyinin logosunun haralarda gizlədildiyini göstərdiyimiz bir neçə şəkil daha əlavə edirik. 









    Şəkillərdəki Reklam Agentliyi Logoları






    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər