Fənərbağçanın online mağazasının saytı hack edildi

08.05.2017 0 PAYLAŞIM 5224 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Fənərbağçanın online mağazası Fənərium hacklandı, 600.000 istifadəçinin məlumatları Deep Web-də satışa çıxdı!

Puppet Master adlı bir hacker qrupu tərəfindən www.webtekno.com elektron ünvanına göndərilən mesajın iddialarına görə Fənərium-un saytının hacklanaraq istifadəçi məlumatlarının Deep Web-də satışa çıxdığı deyilir. Türkiyənin ən böyük idman klublarından biri olan Fənərbağça-ya aid lisenziyalı məhsul satış mağazası olan Fənərium.com.tr və Fənərium.de saytlarının hacklandığını və istifadəçilərin şəxsi məlumatlarının Deep Web-də satışa çıxarıldığı iddia edilir. Bu məlumatlar isə ad-soyad, elektron ünvan, şifrə, telefon nömrəsi, ev ünvanı və ip ünvanı olaraq diqqət çəkir. Puppet Master adlı bir hacker qrupunun iddialarına görə 600.000-ə  yaxın adamın üzv olduğu Fənərium istifadəçilərinin məlumatları Deep Web-də Bitcoin qarşılığında satılır.