"Fiat" artıq avtomobillərini "Amazon"da da satacaq

52

İnternetin e-ticarət nəhəngi "Amazon”, "Fiat Chrysler” ilə gəldiyi razılıq nəticəsində internet üzərindən avtomobil satmaq üçün işlərə başladı. "Amazon”, "Fiat” ilə bağladığı müqavilə nəticəsində İtalyan avtomobil istehsalçısının Fiat 500, Fiat 500L və Fiat Panda modellərini online olaraq satışa çıxaracaq.

"Amazon” ilə "Fiat” razılığının ən vacib bir digər cəhəti isə internetdən satışı reallaşdırılan avtomobillərin siyahı qiymətlərinə görə əlavə endirimlərlə satılacaq olmasıdır. Burada 33%-ə qədər çatacaq endirimlərlə satılacağı deyilən Fiat avtomobilləri, avtomobil həvəskarlarını e-ticarətə yönləndirir. Aparılan tədqiqatlara görə İtalyanların vacib bir çoxluğunun avtomobil ilə bağlı araşdırmalarını internet üzərindən apardıqları deyilsə də, İtalyan istifadəçilər fiziki satış nöqtələrinə getməyi seçirlər.

Bildiyiniz kimi "Tesla” internet üzərindən avtomobil satışı barədə işin axışını dəyişdirmişdi. İnternetin nemətlərindən yararlanmaq istəyən "Fiat Chrysler" kimi ənənəyə sadiq lakin yeniliklərdən də geri qalmayan firmalar bu şəkildə alacağı online sifariş saylarını yüksəltməyi hədəfləyirlər. "Fiat”, "Amazon” üzərindən sifariş edilən avtomobillərin, istifadəçilərinin istədiyi xüsusiyyətlərə görə iki həftə içərisində hazır ediləcəyinin qarantiyasını da verir.