main-post-cover

    Fikirlərinizi nə üçün yaxın ətrafınıza açmamalısınız?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Hardasa hər startapçının başına gələn bir ssenaridir: Bir fikriniz var və bu fikir ilə bütün planlarınızı belə hazırlamısınız. Sonrasında ailə fərdlərinizə və dostlarınıza açdığınız bu fikir üzərində çox da baş yormayan insanlar, bu fikri amansızlıqla təndiq edər və uğursuz olacağınızı deyərlər.

    İllərlə birlikdə yaşadığımız bu insanlardan bu tərz və düşüncəsizcə sözlər eşitmək qəlb qırıcı olur. Bəlkə də sizin etməyi düşündüyünüz şeyi özləri etməyəcəklərini düşündükləri üçün sizin də uğursuz olacağınızı düşünürlər. Özünə inancı olmayanın, başqasının bir şeyləri edəcəyinə inanması da çətin olur.
    Məsələn, yaxınlardakı biznes-klass restoranların yerini müəyyən edəcək bir android tətbiq fikri ilə ailənizə və ya dostlarınıza getdiyinizdə eşidəcəyiniz ilk sözlər niyə uğursuz olacağınız və özlərinin nə üçün bu tətbiqdən istifadə etməyəcəkləri barədə olacaqdır.  
    Görüldüyü kimi, dostlarınız və ailə fərdləriniz sizin fikirlərinizin müştərisi deyillər. Gələcəkdəki müştərilərinizi də təmsil etdiklərini deyə bilmərik.
    İnsanların çoxu bir şeyə inanmaq üçün görmək ehtiyacı hiss edirlər. "Gördüyümə inanaram" məntiqi üstünlük təşkil edir. Bir startapçını digərlərindən ayıran xüsusiyyət isə görmədən inanmasıdır. Startapçılar fikirlərin qoxusunu harada alacağını, dadmalı olduğunu, görməyi, toxunmağı, eşitməyi bilərlər. "Heçnə”dən "birşey”lər yaratmağı bacararlar.
    "Alibaba”nın CEO-su məşhur milyarde rCek Ma (Jack Ma), fikirlərini dostları ilə paylaşdığında hamısı ona gülmüşdü. Bütün problemlərin, sıxıntıların və bitmək-tükənmək bilməyən görüşlərin sonunda Cek-in harada olduğunu hamımız görürük. Dostlarının da ona artıq gülmədiklərinə əmin ola bilərsiniz.
    Yaxın çevrəmizdəkilər adətən gələcəyi görməzlər və hazırda yaşananlar, var olanlar üzərindən bizi və fikirlərimizi qiymətləndirərlər. Bizi təhlükələrdən və zərərlərdən qoruduqlarını düşünərlər.
    Onların bu düşüncə tərzlərini dəyişdirmək sizin vəzifənizdir. Onları yönləndirə bilərsiniz amma onların bu dəyişikliyə qarşı dirəndiklərini gördüyünüzdə əlavə səy göstərməməlisiniz.
    Bu barədə ən asan həll üsulu nədir? 
    Möcüzəvi bir cavabımın olmasını istəyrtdim amma təəssüflər olsun ki, yoxdur. Günlər və gecələr boyu sərf edəcəyiniz çox vaxtınız olacaq. Onlarda müzakirə etməkdənsə, potensial müştəriləriniz ilə müzakirə etməyiniz və onları inandırmağınız sizin faydanıza olacaqdır. Bəlkə daha sonra ailə fərdləriniz və yaxın dostlarınız bunu görər və sizə inanmağa başlayar.
    İndi içinizdə bəzi şəxslərin, niyə fikirlərini yaxın ətrafına deməməli olduğu barədə mənimlə eyni fikirdə olacağını düşünürəm.
    Bu mövzuda heç kimdə günah axtarmaq lazım deyil, çünki günahkar yoxdur.  
    Təbiətin qanunudur deyə bilərik. Bu qədər asan olsa idi, insanlar riskdən qaçmaq yerinə, səhər yeməyi niyyətinə o riski yeyərdilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər