Find my iPhone vasitəsilə artıq sönmüş cihazları da tapa biləcəksiniz
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
iOS cihazlarda olan Find my iPhone funksiyası olduqca rahat və faydalıdır.
Onun vasitəsilə bir çox istifadəçilər
öz itirilmiş və ya oğurlanmış iPhone-larını tapa bilmişdilər. Hətta elə anlar
olub ki, bu funksiya təhlükədə olan insanları belə xilas edib. Lakin bütün
bunlara baxmayaraq Find my iPhone funksiyası cihaz sönülü vəziyyətdə olanda
tamamilə lazımsız bir funksiyaya çevrilir. Gələcəkdə bu hal dəyişə bilər. Belə
ki, "Apple”, iPhone sönülü olan zaman belə məlumat ötürə biləcəyi texnologiyanı
hazırlayır. Bu texnologiya haqqında məlumat şirkətin aldığı sonuncu patentlərdən
birində qeyd olunmuşdur. Məlumatda qeyd olunub ki, cihaz müəyyən vaxtda sönülü
vəziyyətdən çıxıb öz yerləşdiyi yer haqqında məlumat ötürə biləcək. Bu o deməkdir
ki, əgər sizin smartfonunuz şifrə və ya barmaq iziniz ilə qorunubsa onda Find
my iPhone funksiyası cihazı, hətta sönülü vəziyyətdə belə tapa biləcək. Hələki
şirkətin bunu necə reallaşdıracağı tam aydın deyil. Bəlkədə cihaz batareyasının
bir hissəsi əlavə rezerv enerjisi üçün nəzərdə tutulacaq. Beləliklə sözügedən
fubnksiya cihazı tapmaqda yardımçı olacaq.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!