"Fitbit" şirkəti, "ağıllı" saat istehsalçısını 40 milyon dollara alır

91

Fitnes qolbaqların istehsalı ilə məşğul olan "Fitbit” şirkəti, "ağıllı” saat istehsalçısı "Peeble”ı alır.

Müqavilənin dəyəri 40 milyon dollar təşkil edəcək. Məlumata əsasən "Peeble” şirkətinin külli miqdarda borcu olduğu üçün müqavilənin dəyəri bu qədər aşağı olub. Müqavilənin bağlanması nəticəsində "Fitbit” şirkəti, "Peeble”in taxıla bilən cihazlar sahəsində gördükləri bütün işlərin hüquqi sahibi olacaq. Bu isə öz növbəsində "Fitbit”ə öz məhsullarının yaxşılaşdırılmasında köməklik edəcək. "Peeble” indiyənə kimi öz məhsullarının istehsalı üçün 3 dəfə Kickstarter platformasına müraciət etmişdir. Bu layihələr isə ona 40 milyon dollar gəlir gətirmişdir. Lakin bu uğur şirkətə, gələcək üçün davamlı maliyyə bazanı yaratmağa kömək etmədi.

Beləliklə bu ilin Mart ayında şirkət öz işçilərindən 40 nəfəri işlərindən azad etdi. Daha öncə "Peeble” iki dəfə alınmaq barədə təklifi rədd etmişdir. Belə ki, 2015-cı ilin yay fəslində Yaponiyanın "Citizen” şirkəti "Peeble”ı 740 milyon dollara, 2016-cı ilin əvvəlində isə "Intel” şirkəti 70 milyon dollara almaq istəyirdi. Lakin "Peeble” bu təkliflərdən imtina etmişdir. "Fitbit” ilə müqavilənin bağlanacağı müqabilində əldə olunmuş vəsaitin 25 milyon dolları Silicon Valley Bank-a borc olaraq qaytarılacaq. "Fitbit”in təmsilçisi və "Peeble” bu xəbər barədə bir fikir bildirməkdən imtina ediblər.