Ford, Meksikada istehsalını saxladı və Türkiyəyə 1.6 milyard dollarlıq investisiya edəcək

682

Ford, Türkiyədə istehsal ediləcək Transit Custom hibridli avtomobilin istehsalına hazırlaşır. Transit Custom, Türkiyədə istehsal olunacaq ikinci hibrid avtomobil sayılır. İlk hibrid avtomobil isə Toyotanın istehsal etdiyi C-HR markalı avtomobildir.

İddialara görə bu investisiyada ABŞ-ın yeni prezidenti Donald Trumpın təsiri böyükdür. Beləki, Trumpın Meksikanı hədəf alan təhdidləri və ABŞ-ın avtomobil nəhənginin geri addım atması, istehsalın Türkiyədə başlamasına şərait yaratdı.

Ford Motor Company, əvvəlki gün Donald Trump-ın Meksika təhdidlərinə daha çox dözə bilmədi və 1.6 Milyard dollarlıq investisiyanı ləğv etdiyi elan etdi. Ford, kompakt sinif avtomobil istehsalını Meksikaya sürüşdürməyi planlaşdırırdı. Trump-ın "Meksikada istehsala başlasanız, əlavə vergi gətirərəm.” təhdidlərinə qarşı dözə bilməyən Fordun bu qərarı, Türkiyəyə yeni investisiya şansı yaratdı.

Ford Motor CEO-su Mark Fields, Meksikadakı sözügedən layihə əvəzinə ABŞ-dakı Flat Rock mərkəzinə 700 milyon dollar investisiya qoyacaqlarını, qlobal planlarında yer alan 13 elektrikli avtomobilin 7-sini, 5 il içərisində bazara çıxaracaqlarını bildirdi. Şirkət 2021-ci ilə qədər kompakt hibrid SUV-dan hybrid Mustang-a qədər 7 yeni modeli yollara çıxardacaq. Fordun Türkiyəni yaxından maraqlandıran sürprizi, dünyada sadəcə Türkiyənin Gölcük fabrikində istehsal edilən Transit Custom hibridi oldu.

Fordun son vaxtlarda reallaşdırdığı 1.6 milyard dollarlıq investisiyanın ən vacib oyunçularından Transit Custom-un hybrid versiyası, 2019-cu ildə Avropada satışa çıxarılacaq. Hibrid Transit Custom da Fordun Avropadakı ən böyük və tək yüngül ticari avtomobil mərkəzi olan Gölcük-də istehsal ediləcək.