Formula 1 ərəfəsində Azərbaycan turizm sektorunda inqilab: RobiGuide
Digər
07.05.2017
Farid Pardashunas
Son statisik məlumatlara görə (UNWTO World Tourism
Barometer) dünya üzrə turistlərin sayı
2014 ildən bu yana 7-10 % artıb. Azərbaycan Respublikasının Dövlət Statistika
Komitəsinin verdiyi son məlumata görə isə ölkəmizə hər il orta hesabla 2,5 milyon turist gəlir. 2003-2013-cü illər ərzində Azərbaycanda
əsas turizm şirkətlərinin sayı 74-dən 170-ə, mehmanxanaların sayı 96-dan 516-ya
yüksəlib. Bütün bu faktlar turizm sahəsində inilabi bir layihənin - "RobiGuide”ın meydana çıxmasına zəmin yaratdı.
RobiGuide - elektron bələdçisi nəinki Azərbaycan bazarında, o cümlədən qlobal
bazarda turizm sahəsində yeni tendensiyaları təmsil edir. RobiGuide layihəsinin unikallığı ondan ibarətdir ki,
bu layihə paytaxtın yalnız üzdə olan hissələrini əhatə etməyəcək. Yəni, təkcə Bakının İçəri Şəhəri deyil, bütün
Bakını və daha sonra bütün Azərbaycanı əhatə edəcək.
RobiGuide bütün tarixi abidələr, binalar, restoranlar,
əyləncə mərkəzkəri, ofislər və s. barədə ətraflı məlumatı səsli (audio) və
yazılı şəkildə istifadəçiyə təqdim edəcək. Məlumatlar istifadəçinin istəyindən
aslı olaraq 3 dildə - Azərbaycan, Rus və İngilis dillərində təqdim olunacaq.
Bundan əlavə, istifadəçilər xüsusi proqram vasitəsilə ətrafda olan əyləncə və
istirahət mərkəzləri, otellər, ofislər, tarixi abidələr, restoranlar, menyular,
onların qiymətləri və s. barəsində məlumatlar da əldə edəcəklər.Layihə çərçivəsində ilk olaraq, Android əməliyyat sistemi istifadəçiləri üçün mobil tətbiq hazırlanıb.
Daha sonra iOS və Windows Phone istifadəçiləri üçün də xüsusi proqramların yazılması nəzərdə tutulub.
Proqram Microsoft sistemi üzərində, Google Map və E-gov API-ləri üzərindən də
istifadə ediləcək. http://robiguide.com
Layihə rəhbəri Namət
Məmmədzadənin sözlərinə görə "RobiGuide”ı
öz-özlüyündə virtual personaja çevrirmək niyyətindədirlər: "Azərbaycan
bazarında rəqibimiz yoxdur. Bizim layihənin innovativliyi ondadır ki, ölkəyə gələn
turistlərin artıq turizm agentliklərinə müraciət etməklərinə ehtiyac qalmır. Artıq bələdçiyə
pul ödəməyə ehtiyac yoxdur. Turist (və
ya yerli əhali) bizim proqramı mobil telefona yükləyir. Şəhərə çıxdığı zaman istəyindən
aslı olaraq özü axtarıb filtirləyib istiqamət seçə və ya onun telefonuna məlumat
gəlir”.
Layihə turistlərin işini asanlaşdırmaqla yanaşı, əsas
məqsəd olaraq Azərbaycanı tanıtmaq və ölkədə turzimin səviyyəsini qaldırmağa
xidmət edəcək: "Son illər ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər də
turist axınına təkan verir. Bunların davamı olaraq Şahmat Olimpiadasını, cari
ilin yay aylarında keçiriləcək "Formula 1” Avropa Qran-pri yarışlarını qeyd etmək
olar. Biz bu layihə vasitəsilə ölkəyə gələn tursitlərin rahatlığını təmin etməklə
yanaşı, həm də ölkəmizin füsünkar təbiətinin, tarixi abidələrinin, müasir və
gözoxşayan tikililərinin təbliğatına da yardımçı olmaq niyyətindəyik” – deyə N.Məmmədzadə bildirib.
İlkin mərhələdə Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Fondunun maliyə
dəstəyi ilə təqdim olunan layihənin gələcəkdə xarici ölkələrdə də icrası
planlaşdırılır. Artıq bununla bağlı Türkiyə, Gürcüstan və Qazaxıstanla
danışıqlar aparılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
Əfsanənin geri dönüşü: Winamp musiqi servisinin istifadəyə veriləcəyi tarix açıqlandı