main-post-cover

    Fransa işçilərə işdən sonra e-maillərə cavab verməməyə icazə verdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Texnologiya işimizi asanlaşdırmaqla bərabər çətinlikləri də öz bərabərində gətirir.

    Hətta bir çox hallarda biz işimizi evdə də davam etməyə məcburuq. Bu iş freelance işlər üçün normal olsa da həm ofis, həm də evdə işini davam etdirən insanlar üçün bir qədər çətindir.
    Belə görünür ki, bu məsələ Fransanı da narahat etməyə başlayıb. Belə ki, İnsanların iş rejiminin çətinliyini nəzərə alan hökümət yeni bir qanun layihəsi qəbul edib. Artıq işçilər iş saatlarından sonra e-maillərə baxmaq, onlara cavab vermək məcburiyyətində deyillər. Yəni işə götürən işçiləri işdən kənarda işləməyə məcbur edə bilməz.
     
    Artıq Fransa bunu qanun şəklində təstiqləyib. Yeni qanun işçi sayı 35-dən çox olan şirkətləri əhatə edir. Amma yaxın zamanlarda yeni qanununun kiçik şirkətləri də əhatə etməsi gözlənilir. Fransa bir çox istiqamətlərdə öz vətəndaşlarının sağlam həyat tərzinə önəm verir. Belə ki, 2000-ci ildən bu yana ölkədə rəsmi çalışma saatı həftədə 35 saata qədər endirilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər