main-post-cover

    Fransada uçan taksilər istifadə olunacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Fransa dünyada bir ilk olacaq uçan taksiləri sınaqdan keçirəcək. Belə taksiləri uçan deyil daha çox üzən taksi adlandırmaq daha məntiqlidir. Belə ki, belə taksilər suda üzərkən sürtünməni azaldacaq və günəş enerjisi ilə işləyəcək. Yeni taksilər 5 nəfəri daşımaq üçün nəzərdə tutulub. Şirkət gələcəkdə bu taksiləri böyük meqapolislərdə əhalinin sıx yerlərində istifadə etməyi planlaşdırır. Əslində bu Fransanın ekologiyanı mühafizə ilə əlaqədar ilk işi deyil. İnkişaf etmiş digər ölkələrdən fərqli olaraq Fransa ekolojitexnoloji yenilikləri birlikdə istifadə etməyə daha çox üstünlük verir. Hətta ölkə gələcək illərdə plastik qabları tamamilə istifadədən qaldırmaq üçün qərarlar qəbul edib. Bu isə gələcəkdə Fransanın bu sahədə lider ölkələr siyahısına başçılıq etməsinə şərait yarada bilər. 

    Linki kopyala