FBI iPhone-u hack etməyə çalışır. "Apple" ilə FBI arasında yenidən gərginlik yaşana bilər

293

FTB (Federal Təhqiqatlar Bürosu) 18 Sentyabr tarixində ABŞ-ın Minesota ştatında olan ticarət mərkəzində qətllər törətmiş şəxsin bloklanmış iPhone smartfonunu ələ keçirib.

Qeyd edək hənmin hadisə zamanı qətlləri törətmiş şəxs polislər tərəfindən güllələnmişdir. Xüsusi dövlət orqanları hələki smartfonda olan məlumatları əldə edə bilməyiblər. Xüsusi xəfiyyə Riç TortonSent Klaud şəhərində baş tutmuş press-konfransda qeyd edib ki, FTB-nin əlində 22 yaşlı Dahir Ada-nın iPhone smatfonu var. O, hansı iPhone modelindən söz getdiyini söyləməyib. "Həmin cihazın içindəki məlumatları əldə etmək üçün biz öz hüquqi və texniki imkanlarımızın qiymətləndirilməsi mərhələsindəyik” – deyə Riç Torton bildirib. Qeyd edək ki, həmin dəhşətli hadisə Sent Klaud şəhərində yerləşən Crossroads adlı ticarət mərkəzində 18 Sentyabr tarixində baş vermişdi. Cinayətkar əlində soyuq silah (iti bıçaq) ilə insanlara hücum edib və 8 nəfəri yaralayıb. Məlumata görə o, bunu Beynəlxalq Antiislam İtifaqının hərəkətlərinə cavab olaraq edib.