main-post-cover

    Galaxy A7 2017 detalları sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung”un 2017 model Galaxy A seriyasının təqdim edilməsinə az bir müddət qalmış, cihazların detalları yavaş-yavaş sızdırılmağa başlayıb. AnTuTu-da görünən Galaxy A7 2017 detalları ilə xəbərdə tanış ola bilərsiniz.

    Samsung Galaxy A seriyasının 2017-ci il modelləri maraqla gözlənilir. 2017-ci ilin ilk ayında təqdim edilməsi gözlənilən Galaxy A3, A5 və A7 2017 modellərinin xüsusiyyətləriylə bağlı xəbərlər gəlməyə davam edir.

    Galaxy A7 2017 xüsusiyyətləri

    5.5 inç böyüklüyündə Full HD AMOLED ekranla gələcək olan Galaxy A7 2017-nin dizayn anlayışı baxımından Galaxy S7 ailəsinə oxşar bir görüntüdə olacağı deyilənlər arasındadır.
    SM-A720F kod adlı məhsulda Exynos 7870 prosessoru istifadə ediləcək. Bu prosessor 8 nüvəlidir və 1.8 GHz sürət ilə işləyir.
    Qrafik tərəfdə isə Mali-T830 GPU-dan gücünü alacaq olan məhsul, 3 GB RAM və 64 GB daxili yaddaşa sahib olacaq. "Samsung”, Galaxy Note 7 ilə başlatdığı 64 GB daxili yaddaş trendini, görünüşə görə digər modellərində də davam etdirəcək.
    Həm ön həm də arxada 16 Megapixellik kamera ilə gələcək olan Galaxy A7 (2017), selfie baxımından orta və üst seqmentdəki rəqiblərin yüksək keyfiyyətli kameraları ilə mübarizə aparacaq. "Samsung”un yeni Galaxy A seriyasında daha əliaçıq olacağı görünür.
    Galaxy A7 2017-nin ortaya çıxan xüsusiyyətləri hələki bunlardır. Batareya barədə isə hələki dəqiq bir məlumat olmasa da gözləntilərimizə görə 3000-3200 mAh aralığında ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər