Galaxy C5 Pro-nun fotoları sızdırıldı

72

Telekommunikasiya avadanlıqlarının sertifikatlaşdırılması üzrə TENAA saytında Galaxy C5 Pro cihazının fotoları təqdim olunmuşdur.

Qeyd etmək lazımdır ki, smartfonun rəsmi anonsu hələki olmayıb. TENAA-da yayımlanmış məlumatlar Galaxy C5 Pro-nun texniki göstəricilərini təsdiqləyir. Smartfon, 5.2 inç Full HD ekran, Qualcomm Snapdragon 626 prosessoru , 4 GB RAM, 64 GB daxili və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Galaxy C5 Pro, 16 MP-lik arxa və 16 MP-lik ön kameraya sahib olacaq. Cihaz, Android 6.0.1 Marshmallow əməliyyat sistemi vasitəsilə çalışacaq. Bu smartfonun da, Galaxy C5C7 Pro ilə birlikdə Yanvar ayında təqdim olunması gözlənilir.