main-post-cover

    Galaxy C5 Pro rəsmi laraq satışa çıxdı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung Galaxy C5 Pro satışa çıxdı.

    "Samsung”un C ardıcıllığına əlavə etdiyi yeni modeli olan Galaxy C5 Pro, səssiz sədasız bir şəkildə bazara çıxarıldı. "Samsung” hansı səbəbə görə belə bir yol ilə getdi? Bu sualın cavabı xəbərimizin içərisindədir. "Samsung”un C ailəsi böyüməyə davam edir. Bundan təxminən iki ay əvvəl Galaxy C7 Pro modelini təqdim edən "Samsung”, C7 Pro-nun bir az daha kiçik bir modeli olan Galaxy C5 Pro-nu səssiz sədasız bazara çıxartdı. Galaxy C5 Pro-nun bütün xüsusiyyətləri belədir. "Qualcomm"un 2 GHz sürətində işləyən səkkiz nüvəli Snapdragon 625 prosessoruna və Adreno 506 GPU-ya sahib olan Galaxy C5 Pro, Full HD keyfiyyətli 5.2 inç böyüklüyündə bir ekrana sahibdir. Əlavə  olaraq cihazın 4 GB RAM-ı var. Bunun yanında da 64 GB-lıq daxili yaddaş ilə 16 MP-lik iki ədəd kameraya sahibdir və əlavə yaddaş kartı üçün bir də microSD dəstəyi ilə satışa təqdim edilib. Cihazın ön tərəfində olan düyməsində barmaq izi skanı da var və "Samsung”un Pay dəstəyi təqdim edəcəyi də dəqiqləşmiş oldu.  Yəni əslinə baxsanız Galaxy C5 Pro ilə Galaxy C7 Pro-nun texniki xüsusiyyətləri baxımından tamamilə eyni olduğunu lakin aralarındakı tək fərqin ekran ölçülərində görüldüyünü söyləyə bilərik. Son olaraq cihazın 360 dollarlıq qiymətə sahib olduğunu da ifadə etmək istəyirik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər