Galaxy C7 Pro-nun ilk fotosu sızdırıldı

207

"Samsung” şirkəti, gələn ilin əvvəlində Galaxy C Pro adlı yeni smartfon seriyasını təqdim etməyi planlaşdırır.

Həmin seriyadan olan Galaxy C7 Pro modelinin fotosu isə artıq internetə sızdırılıb. Galaxy C7 Pro, orta texniki göstəriciləri ilə seriyanın büdcəli smartfonu olacaq. Smartfon, nazik metal korpusa sahib olacaq. Çox güman ki, onun təqdimatı Yanvar ayında baş tutacaq. Cihazın qiyməti isə hələki bilinmir. Lakin onun texniki göstəriciləri ilə tanış ola bilərsiniz.

5.7 inç Full HD ekran

4 GB RAM və 64 GB daxili yaddaş

Qualcomm Snapdragon 626 prosessoru

16 MP arxa və 16 MP ön kamera