main-post-cover

    Galaxy J7 (2017) haqqında yeni detallar!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsung-un bu il yeniləyəcəyi Galaxy J ailəsində yer alacaq olan Galaxy J7 (2017)-nin detalları haqqında xəbərlər gəlməyə davam edir.

    Son vaxtlarda bəzi ağıllı telefon seriyalarını hər il yeniləməyə və cihaz adlarını dəyişməyə başlayan Samsung, rəflərdə yerini alan Galaxy A (2017) seriyasının ardından, orta/üst seqment modellərə ev sahibliyi edən Galaxy J seriyası üçün işlərə başlayıb.
    Samsung-un yenilənən seriyasında yer alacaq olan Galaxy J7 (2017) modeli, ötən aylardaZauba adlı internet saytında paylaşılmışdı amma cihaz haqqında konkret məlumatlar yox idi.
    Galaxy J7 (2017) modelinin GFXBench saytında görülməsi ilə birlkdə uzun müddət davam edən səssizlik pozuldu.

    Galaxy J7 (2017) istifadəçilərinə nələr təqdim edəcək?

    GFXBench-in məlumatlarına görə SM-J727V model nömrəsi ilə qarşımıza çıxacaq olan yeni Galaxy J7, 5.5 inç böyüklüyündəki ekranında 1280x720 piksel keyfiyyəti təqdim edəcək.
    Yenə Samsung tərəfindən istehsal edilmiş olan səkkiz nüvəli Exynos 7870 prosessorundan və Mali-T830 qrafik vahidindən güc alacaq olan Galaxy J7 2017, 2 GB RAM-a və 6 GBdaxili yaddaş sahəsinə sahibdir.
    8 meqapikselkeyfiyyətində arxa və 5 meqapiksel keyfiyyətində ön kameraya sahib olan Galaxy J7 2017 modeli, Android 7.0 Nougat əməliyyat sistemi ilə qutudan çıxacaq. Əlavə olaraq Samsung-un, Galaxy J7 2017 modeli ABŞ-da Qualcomm-un Snapdragon 625prosessoru ilə birlikdə satışa çıxması gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər