main-post-cover

    Galaxy Note 5 üçün Android Nougat yenilənməsi gəlir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bugünə qədər Galaxy Note 5 üçün Android Nougat yenilənməsi ilə bağlı bildiklərimiz sadəcə təxminlərdən ibarət idi. Artıq güncəlləmə ilə bağlı ilk sızıntı ortaya çıxıb!

    Android 7.0 Nougat versiyası, bildiyiniz kimi keçdiyimiz aylarda Nexus telefonlar ilə birlikdə digər Android One platformasına daxil olan ağıllı telefonlar üçün də aktiv edilmişdi.
    Digər smartfon istehsalçılarının telefonlarında da yavaş-yavaş bu versiya aktiv edilməyə başladı. "Samsung"un Android Nougat yenilənməsini ilk olaraq Galaxy S7 və Galaxy S7 Edge modellərinə verməsi, daha sonra isə digər modellər üçün aktiv etməsi gözlənilir. Həm dünyada həm də ölkəmizdə ciddi bir istifadəçisi olan Galaxy Note 5 də bu modellərdən biridir.  Bugünə qədər sadəcə təxmin və fikirlər üzərində dayanılan Note 5 üçün Nougat yenilənməsi, ilk dəfə bir sızıntı ilə qarşınızdadır. 
    Ortaya çıxan GFX Bench screenshotunda , info bölməsində Galaxy Note 5 üçün dəstəklənən əməliyyat sistemi versiyalarında Android 7.0 Nougat da yer alır.
    Beləcə əslində onsuzda yenilənmənin təqdim ediləcəyini bilsək də, ilk dəfə bu screenshot ilə bunun sübut edildiyini deyə bilərik.
     
    Hələki yenilənmənin veriləcəyi tarix bilinməsə də, daha əvvəl dediyimiz kimi S7 ailəsindən sonra Galaxy Note 5 ilk yenilənəcək modellərdən birisi olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər