main-post-cover

    Galaxy Note 7-nin istehsalı dayandırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    YonhapNews resursu öz mənbəsinə istinadən maraqlı bir xəbəri yayıb.

    Belə ki, sözügedən resurs Galaxy Note 7 üçün komponentləri təchiz edən anonim mənbəsinə istinadən xəbər verib ki, "Samsung” şirkəti bir müddətlik Galaxy Note 7 smartfonlarının istehsalını dayandırıb. "Technote.az"ın "Yna.co.kr"a istinadən verdiyi xəbərə əsasən bu qərar smartfonların yeni tirajındakı nümunələrinin partlaması nəticəsində qəbul edilib. YonhapNews ilə tam məxfi şəkildə söhbət etmiş mənbə qeyd edib ki, istehsalatın bir müddətlik dayandırılmasını şirkət ABŞ, Cənubi KoreyaÇin nizamlayıcı təşkilatları ilə birlikdə qərara alıb. "Bu qərar Vyetnam-da yerləşən və Galaxy Note 7-nin beynəlxalq idxalını təmin edən zavod üçün qəbul edilib” – deyə mənbə öz məlumatında qeyd edib. Qeyd etmək lazımdır ki, Galaxy Note 7-nin yeni tirajının satışa çıxarılmasından sonra ən azı 4 partlama hadisəsi baş vermişdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər